Dərhal açıqlama üçün
October 1, 2010
Federal Ehtiyat Sistemi yeni 100 –dollarlıq əskinazın buraxılma tarixinin ləngiməsini elan edir
1 oktyabr tarixdə Federal Ehtiyat Şurası yeni 100-dollarlıq əskinazın buraxılma tarixinin ləngiməsi barədə elan vermişdir. Bu yeni dizayn ən son və saxtakarlığın qarşısını alan texnologiyalara əsaslanır və Federal Ehtiyat Sistemi bütün dünyada ABŞ dolları istifadəçilərinin ən yüksək keyfiyyətə malik əskinazlardan yararlanmalarını təmin etmək üçün son dərəcə keyfiyyətli nəzarəti həyata keçirir. Həkketmə və Çap Bürosu Federal Ehtiyat əskinazlarını istehsal edir və yeni 100-dollarlıq əskinazın çap edilməsi zamanı ilkin istehsal sınağı zamanı aşkar edilməmiş kağızın təsadüfi əzilməsi halı ilə üzləşmişdir. Nəticədə, Federal Ehtiyat Sistemi planlaşdırıldığı kimi yeni 100-dollarlıq əskinazların paylaşdırılması üçün kifayət qədər ehtiyata malik deyildir.
Həkketmə və Çap Bürosu bu problemin aradan qaldırılması üzərində çalışır və Federal Ehtiyat Şurası mümkün olduğu qədər tez bir zamanda yeni 100-dollarlıq əskinazın dövriyyəyə buraxılması tarixi barədə məlumat verəcəkdir. İlkin qrafikləşdirilən buraxılma tarixi 10 fevral 2011-ci il olmuşdur.